"Expressbank"ın kredit portfeli 500 milyon manatı ötüb | Banco.az

"Expressbank"ın kredit portfeli 500 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Expressbank" 2024-cü ildə 11 milyon 237 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin dekabr ayının sonuna bankın aktivlərinin həcmi 620 milyon 161 min manat olub ki, bu da illik müqayisədə 59 milyon 933 min manat və ya 10,7% çoxdur. Belə ki, 2023-cü ilin dekabrın 31-i tarixinə bankın aktivlərinin həcmi 560 milyon 228 min manat idi. 

Hesabat dövründə bankın kredit portfelinin həcmi 501 milyon 960 min manat, depozit portfelinin həcmi isə 262 milyon 91 min manat olub. Bankın kredit portfeli illik müqayisədə 92 milyon 707 min manat və ya 22,7%, depozit porfeli isə 31 milyon 680 min manat və ya 13,7% artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram