Müəllif: Gülnar Əhmədli, Banco.az
Expressbank-ın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 530 milyon 592 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 28 milyon 632 min manat və ya 5,7% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 228 milyon 307 min manat, biznes kreditləri portfeli 182 milyon 78 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 120 milyon 207 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 5 milyon 321 min manat və ya 2,4%, 16 milyon 716 min manat və ya 10,1%, 6 milyon 595 min manat və ya 5,8% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
