Son zamanlar inkişaf edən ölkələr yalnız neft, qaz, qızıl sektoruna deyil, o cümlədən texnoloji sahələrə də sərmayə qoymaqdadır. Bu ölkələr arasında dünyanın lider ölkələri xüsusilə seçilməkdədir. Bu baxımdan Səudiyyə Ərəbistan da Avropa ölkələrindən geri qalmır. Bu haqda banco.az Quid analiz platformasına istinadən xəbər verir. Beləki, xəbərdə Quid öz hesabatlarında bu ölkənin 6.2 milyard dollar sərmayə etdiyini bildirir. Ümumilikdə Ərəbistan son 3 ildə Softbanka 45 milyard dollar verməklə, dünyanın ən böyük maliyyə tərəfdaşlarından birinə çevrilmişdi.
Hal-hazırda Ərəbistanın ən böyük sərmayəçi şirkəti 100 milyard dollarlıq plana sahibdir və 2030-a qədər bu rəqəmin 2 trilyon olması gözlənilir.
Son illər Ərəbistan ən çox aşağıdakı sahələr üzrə fəaliyyət göstərən Amerikalı şirkətlərə sərmayə qoyub.
Sənayə sahəsi (8 şirkət)
Aviasiya (3 şirkət)
Virtual reallıq və maşın mühəndisliyi (6 şirkət)
Kimya sənayəsi (6 şirkət)
Taksi xidməti (2 şirkət)
Şirkət |
Sektor |
Məbləğ (dollar) |
Ərəbistanlı Sərmayəçilər |
Uber |
Taksi xidməti Pt. |
$11,231 |
Public Investment Fund |
Lyft |
Taksi xidməti Pt. |
$4,915 |
Kingdom Holding |
Magic Leap |
Virtual reallıq |
$1,888 |
Public Investment Fund |
Lucid Motors |
Avtomobil istehsalı |
$1,131 |
Public Investment Fund |
Virgin Galactic |
Aviasiya |
$280 |
Public Investment Fund |
Desktop Metal |
Sənayə sahəsi |
$273 |
Saudi Aramco Energy Ventures |
Beamreach Solar |
Enerji |
$239 |
Riyadh Valley Company |
Snap |
Sosial Media Şəbəkəsi |
$250 |
Prince Alwaleed Bin Talal of Saudi Arabia |
Siluria Technologies |
Neft qaz |
$151 |
Saudi Aramco Energy Ventures |
Digital Signal |
Üz Tanıma Texnologiyası |
$125 |
Technology Control Corporation |
Rive Technology |
Neft qaz |
$85 |
Saudi Aramco Energy Ventures |
Nəcibə Yusifova, Banco.az