Ərdoğan: Cənubi Koreya ilə nüvə stansiyası danışıqları davam edir | Banco.az

Ərdoğan: Cənubi Koreya ilə nüvə stansiyası danışıqları davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezidentlik Kompleksində Cənubi Koreya Prezidenti Li Ce Myonq ilə birlikdə birgə mətbuat konfransı keçirib.

Banco.az xəbər verir ki, prezident ticarət, turizm, enerji, sənaye, infrastruktur, nəqliyyat, elm və texnologiya, qarşılıqlı investisiyalar kimi bir çox sahədə əməkdaşlıq imkanlarını müzakirə etdiklərini bildirib.

Süni intellekt, yarımkeçiricilər və batareya texnologiyaları, innovasiya və bərpa olunan enerji sahələrində ciddi potensialın olduğunu vurğulayan Ərdoğan Cənubi Koreya ilə külək enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan daha bir mühüm sənədin əldə edildiyini deyib.

Əlavə olaraq, Ərdoğan qan plazması sahəsində birgə layihənin həyata keçirilməsi üçün qarşılıqlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb.

Ərdoğan bildirib ki, Cənubi Koreya ilə əvvəldən müəyyənləşdirilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsinə yaxınlaşılır və daha balanslı ticarət əlaqələri üçün azad ticarət sazişinin yenidən nəzərdən keçirilməsi zərurətinə diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram