Ən güclü banklarımız | Banco.az

Ən güclü banklarımız

Maliyyə dünyası artıq ikinci rübü başa vurub. Banco.az saytı ikinci rübün nəticələrinə əsasən ölkənin ən güclü 5 bankını təyin etməyə çalışdı.

Bildirmək istərdik ki, araşdırma sadəcə maliyyə göstəricilərini açıqlamış banklar arasında aparılmışdır. 

 

2016-cı ilin ikinci rübündə aktivlərinin həcminə görə ən güclü 5 Bank

**Şəkillərə daha rahat baxa bilmək üçün üzərinə klikləyin.

Bank aktivlərinin ümumi həcmində "Kapital Bank" 2 mlrd 286 milyon manatlıq xüsusi çəkiyə sahibdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd bank "Paşa Bank" (2.03 mlrd. manat), "Azər-Türk Bank" (881 mln. manat), "ASB Bank" (632 mln. manat) və "Bank of Baku" (587 mln. manat) daxildir. 

Qeyd edək ki, aktivlərinin həcminə görə sıralamanın  6-cı  yerində 487 mln. manatla "Atabank" qərarlaşıb. 

2016-cı ilin ikinci rübündə kredit portfelinin həcminə görə ən güclü 5 Bank

Aktivlərin həcminə görə liderlik edən bankların çox hissəsi , kredit portfelinə görə də ilk beşliyə daxil ola biliblər. Belə ki, 2016-cı ilin ikinci rübü ərzində "Kapital Bank" müştərilərə 1.1 mlrd. , "Paşa Bank" 731 mln. , "Atabank" 410 mln. , "Bank Silk Way" 346 mln. və "Bank of Baku" isə 327 mln. manat kredit vermişdir.

2016-cı ilin ikinci rübündə depozitlərinin həcminə görə ən güclü 5 Bank

"Paşa Bank" 1,27 mlrd. , "Kapital Bank" 1,16 mlrd. , "ASB Bank" 367 mln. ,"Bank of Baku" 306 mln. , "Atabank" isə 269 mln. manat cəlb edə bilmişdir.