"Elektrik enerjisinə artan tələbat aşağı emissiya mənbələri hesabına təmin ediləcək" | Banco.az

"Elektrik enerjisinə artan tələbat aşağı emissiya mənbələri hesabına təmin ediləcək"

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA: Elektrik enerjisinə artan tələbat aşağı emissiya mənbələri hesabına təmin ediləcək.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) “Elektrik 2024” hesabatına əsasən, bərpa olunan enerji mənbələrindən istehsal sürətlə artır və gələn il nüvə enerjisindən elektrik enerjisi istehsalının rekord səviyyəyə çatacağı proqnozlaşdırılır.

Qlobal elektrik enerjisinə tələbat artımının inkişaf etmiş iqtisadiyyatlarda istehlakın azalması səbəbindən 2023-cü ildə qismən azalaraq 2,2 faizə düşəcəyi, 2024-2026-cı illərdə qlobal iqtisadi mənzərənin yaxşılaşması və elektrikləşdirmənin sürətləndirilməsinin təsiri ilə tələbatın 3,4 faiz artacağı gözlənilir.

Elektrik enerjisinə tələbat artımının 85 faizinin inkişaf etməkdə olan iqtisadiyyatlardan, xüsusilə Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən gələcəyi təxmin edilir.

Bununla yanaşı, növbəti üç il ərzində qlobal elektrik enerjisinə artan tələbatının bütövlükdə bərpaolunan enerji və nüvə də daxil olmaqla aşağı emissiya mənbələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır. 2026-cı ilə qədər dünya elektrik enerjisinin təxminən yarısının təmiz enerji mənbələrindən istehsal ediləcəyi təxmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram