Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 570 min barel olacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.
Bu, qurumun əvvəlki proqnozdan 50 min barel azdır. Hesabata əsasən, 2026-cı ildə ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 540 min (əvvəlki proqnozdan 60 min barel az) barel olacaq.
Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 600 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!