Əhali əmanətlərinin əksəriyyəti dollarladır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhali əmanətlərinin əksəriyyəti dollarladır

Azərbaycanda əhalinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il dekabrın 1-nə 81,19% təşkil edib. Əvvəlki ay bu göstərici 81,15% olub. Ötən ilin əvvəlində əmanətlərdə dollarlaşma 85%, 2015-ci ilin analoji dövründə isə 75,97% olub.

Cəmi depozit bazasında 2016-cı il dekabrın 1-nə dollarlaşma dərəcəsi 75,58%, noyabrın 1-nə 75,50%, yanvarın 1-nə 81,6% təşkil edib, 2015-ci il dekabrın 1-nə isə 75,9% təşkil edib.

Kreditlərin strukturunda isə dekabrın 1-nə dollarlaşma səviyyəsi 47,15%, noyabrın 1-nə 46,21%, ilin əvvəlində 49,4%, 2015-ci il dekabrın 1-nə isə 41,89% olub.

Mənbə: Report.az