Əhali 10 ayda 2,8 milyard manatlıq elektrik malları və mebellər alıb | Banco.az

Əhali 10 ayda 2,8 milyard manatlıq elektrik malları və mebellər alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən elektrik malları və mebellərə 2 milyard 828.2 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,6% çoxdur. 

Qeyd edək ki, ötən 10 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,8 faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram