Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycana 5 milyon 917 min dollar dəyərində 5 min 834 ton düyü idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Düyü idxalı 2023-cü ilin yanvar ayı ilə müqayisədə dəyər baxımından 2 milyon 117 min və ya 26,4%, miqdar ifadəsində isə 3,1 min ton və ya 34,6% azalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 8 milyon 35 min dollar dəyərində 8 min 923 ton düyü idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!