Müəllif:Mehin Qasımova,Banco.az
Dünya Universitetlərinin Reytinq Mərkəzi (CWUR) 2026-cı il üçün dünyanın ən yaxşı ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Banco.az xəbər verir ki, bu nüfuzlu hesabatda dünyanın təxminən 100 ölkəsindən 21 mindən çox universitetin fəaliyyəti diqqətlə araşdırılır və ən yaxşı 2000 universitetin adı seçilir.
Reytinq təhlillərinə görə, ABŞ qlobal ali təhsildə mütləq liderliyini qoruyub saxlamağa davam edir. Bununla belə, Böyük Britaniya, Yaponiya, Kanada, Fransa və Çin kimi ölkələr də ilk yerlər uğrunda fəal mübarizə aparırlar. Bu reytinqin ilk onluğunda yer alan təhsil müəssisələri aşağıdakılardır:
-
Harvard Universiteti (ABŞ)
-
Massaçusets Texnologiya İnstitutu (MIT) (ABŞ)
-
Stanford Universiteti (ABŞ)
-
Kembric Universiteti (Böyük Britaniya)
-
Oksford Universiteti (Böyük Britaniya)
-
Prinston Universiteti (ABŞ)
-
Pensilvaniya Universiteti (ABŞ)
-
Kolumbiya Universiteti (ABŞ)
-
Yel Universiteti (ABŞ)
-
Çikaqo Universiteti (ABŞ)
