Dünyanın ən yaşlı insanının 113 yaşı oldu | Banco.az

Dünyanın ən yaşlı insanının 113 yaşı oldu

Müəllif:Mehin Qasımova,Banco.az

5 oktyabr 2025-ci ildə dünyanın ən yaşlı adamının 113 yaşı tamam oldu.

Banco.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytı məlumat verib.

Braziliyalı Joao Marinho Neto 2024-cü ildə britaniyalı Con Tinnisvudun 112 yaşında vəfatından sonra rekordçu olub. 

Joao Marinho Neto 1912-ci ildə fermer ailəsində anadan olub. Dörd yaşından atasına tarlada işləməkdə, maldarlıqda və məhsul yığımında kömək edirdi. 

Netunun hazırda altı sağ uşağı, 22 nəvəsi, 15 nəticəsi və üç kötücəsi var.

Rekordlar Kitabının nümayəndələri bu adamın əvvəllər paylaşdığı uzunömürlülüyün sirrini xatırladıblar: ətrafdakı yaxşı insanlar və həmişə yaxın olanlar.

1 oktyabr 2025-ci il tarixinə Joao Marinho Neto indiyə qədər yaşamış 26-cı ən yaşlı kişi hesab olunur.

Ən yaşlı qadın britaniyalı Ethel Caterham hesab olunur. O, bu ilin avqustunda 116 yaşını qeyd edib.