Dünyanın ən yaşamalı 10 şəhəri açıqlandı | Banco.az

Dünyanın ən yaşamalı 10 şəhəri açıqlandı

Müəllif:Mehin Qasımova,Banco.az

Son üç ildə dünyanın ən yaşana bilən şəhərləri siyahısında liderliyi əlində saxlayan Avstriyanın paytaxtı Vyana 2025-ci ildə zirvəni Kopenhagenə təhvil verib.

Banco.az xəbər verir ki, İqtisadiyyat və Sülh üzrə Araşdırmalar Mərkəzinin tərkibində fəaliyyət göstərən Economist Intelligence Unit (EIU) tərəfindən açıqlanan Yaşana Bilən Şəhərlər İndeksinə görə, Vyana səhiyyə sahəsində yüksək göstəricilərini qorusa da, sabitlik meyarında yaşanan geriləmə səbəbindən ikinci pilləyə düşüb.

Bu il siyahının lideri olan Danimarkanın paytaxtı Kopenhagen isə sabitlik, təhsil və infrastruktur kateqoriyalarında maksimum – 100 bal toplayaraq birinci yeri tutub. EIU-nin hesabatında şəhərlər sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur kimi əsas meyarlar üzrə qiymətləndirilib.

EIU Yaşamaq İndeksinə görə 2025-ci ilin ən yaşana bilən ilk 10 şəhəri:

  1. Kopenhagen – Danimarka

  2. Vyana – Avstriya

  3. Sürix – İsveçrə

  4. Melburn – Avstraliya

  5. Cenevrə – İsveçrə

  6. Sidney – Avstraliya

  7. Osaka – Yaponiya

  8. Oklend – Yeni Zellandiya

  9. Adelayda – Avstraliya

  10. Vankuver – Kanada

Siyahıdan da göründüyü kimi, Avropa və Okeaniya şəhərləri reytinqdə üstünlük təşkil edir. Yüksək həyat keyfiyyəti, güclü sosial xidmətlər, təhlükəsiz mühit və inkişaf etmiş infrastruktur bu şəhərləri illərdir yaşamaq üçün ən ideal məkanlara çevirir. EIU-nin qiymətləndirmələri isə göstərir ki, qlobal qeyri-sabitlik fonunda belə, bəzi şəhərlər vətəndaşları üçün komfortlu və təhlükəsiz həyat şəraitini qoruyub saxlamağa nail olur.