Dünyanın ən bahalı 10 rəsm əsəri | Banco.az

Dünyanın ən bahalı 10 rəsm əsəri

Müxtəlif dövrlərdə milyon dollarlar dəyərində satın alınan rəsm əsərlərini paylaşırıq:

10. Gustav Klimt - Adele Bloch-Bauer (135 milyon dollar)

Avstriyalı rəssam Gustav Klimt bu tablonu 1907-ci ildə Viyanalı bir bankirin həyat yoldaşı üçün çəkib. Nasistlərin ələ keçirdiyi rəsm, İkinci dünya müharibəsindən sonra Avstriyaya ekstradisiya edilir. Rəsm indi New Yorkda nümayiş olunur.

9. Roy Liechtenstein - Masterpiece (165 milyon dolar)

Pop-Artın ən önəmli rəsmlərindən Masterpice'in orijinalı Amerikalı iş adamı Steven Cohendədir. 

8. Jackson Pollock - No.5 (140 milyon dollar)

Rəssamın abstrakt ekspressionist əsəri olan bu şəkil, Meksikalı investor David Martinez tərəfindən satın alınıb.

7. Pablo Picasso - Əlcəzairli Qadınlar (179,4 milyon dollar)

Picassonun bu məşhur tablosu 2015-ci ildən bəri Qatar Kral Ailəsinə aiddir.

6. Rembrandt - Soolmans və Koppitin portretləri (180 milyon dollar)

Niderland Qızıl Çağının ən əhəmiyyətli rəsmlərindən olan tablo Louvre və Rijkmuseum ortaqları tərəfindən satın alınıb.

5. Mark Rothko - No.6 (186 milyon dollar)

Mark Rothko'nun ən çox tanınan əsəri Dimitri Rybolovlev tərəfindən satın alınıb.

4. Jackson Pollock - 17A (200 milyon dollar)

Mücərrəd ekspressionist hərəkatın əhəmiyyətli adlarından Jackson Pollock'un bu əsəri David Geffen tərəfindən 2015-ci ildə satın alınıb.

3. Paul Gauguin - Nafea Faa Ipoipo (210 milyon dollar)

Tahiti dilində "Nə zaman evlənəcəksən?" mənasını verən Nafea Faa Ipoipo adlı əsər indi Qatarın Kral ailəsinə məxsusdur.

2. Paul Cezanne - Kart Oyunçuları (250 milyon dollar)

1895-ci ildə Fransız impressionist rəssam Paul Cezanne'nin rəsmini Qatar dövləti almışdı. Əsər, Parisdəki Musee d'Orsay'da nümayiş etdirilir.

1. Willem də Kooning - Interchange (300 milyon dollar)

1997-ci ildə həyatını itirən mücərrəd ekspressionist Willem də Kooning'in Interchange tablosu tarixin ən bahalı rəsmi mövqeyindədir. Rəsm Art Institute of Chicago sərgilənir.

Pərvanə Aslanova, Banco.az