Müəllif:Mehin Qasımova,Banco.az
Çinli elm adamları körpəni doqquz ay daşıya bilən və sonra dünyaya gətirə bilən ilk robot hazırladıqlarını açıqlayıblar.
Çində Guangzhou mərkəzli Kaiwa Technology şirkətinin qurucusu Dr. Zhang Qifeng, süni uşaqlıq texnologiyasının indi "yetkin mərhələyə" çatdığını söyləyib.
Banco.az xəbər verir ki, məlumata görə, körpə süni bətnində böyüyəcək, o, robotun qarnının içərisində yerləşəcək, borudan qida qəbul edəcək və süni amniotik mayedə inkişafını davam etdirəcək. Doqquz ayın sonunda canlı körpənin doğulması gözlənilir.
Prototipin gələn il təxminən 100.000 yuana (təxminən 10.000 funt sterlinq) satışa çıxarılacağı gözlənilir.
Dr. Zhang qeyd etdi ki, ideya tamamilə yeni deyil; elm adamları əvvəllər vaxtından əvvəl doğulmuş quzuları "biobaqlarda" həftələrlə uğurla diri saxlayıblar.
Guangdong əyalətinin rəsmiləri ilə siyasət və qanun layihəsini müzakirə etdiyini söyləyən Zhang, texnologiyanın Çində artan sonsuzluq nisbətini həll edə biləcəyini iddia edir (2007-ci ildə 11,9 faiz, 2020-ci ildə 18 faiz).
Bu yanaşmaya qarşı çıxan ekspertlər isə texnologiyanı “problemli” adlandırırlar. Tənqidçilər qeyd edirlər ki, elm ana və körpə arasındakı təbii bioloji prosesləri təkrarlaya bilməz.
2022-ci ildə Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları xəbərdarlıq etmişdilər ki, bu cür texnologiya hamiləliyin “xəstəlikli proses” kimi görünməsinə səbəb ola bilər.