Müəllif:Mehin Qasımova,Banco.az
Londonda yerləşən məlumat analitik şirkəti Benchmark Mineral Intelligence 2025-ci il üçün elektrikli nəqliyyat vasitələrinin satış məlumatlarını dərc edib.
Banco.az xəbər verir ki, qlobal elektrikli nəqliyyat vasitələrinin satışlarının 2025-ci ildə rekord həddə - 20,7 milyon ədədə çatacağı və illik 20 faiz artım göstərəcəyi proqnozlaşdırılır.
Ümumi satışların 12,9 milyonu Çində qeydə alınıb. Çində satışlar ötən il 2024-cü illə müqayisədə 17 faiz artıb. Buna baxmayaraq, ölkədə satışlar son rübdə yavaşlayıb.
Gərgin daxili rəqabət, aqressiv qiymətlər və artan nəqliyyat vasitələri modelləri 2025-ci ilə qədər Çində elektrikli nəqliyyat vasitələrinin satışlarında artıma səbəb olmuşdur.
Daxili rəqabət gücləndikcə, Çin avtomobil istehsalçıları getdikcə xarici bazarlara üz tuturlar. Cənubi Amerika, Cənub-Şərqi Asiya və Orta Asiya bu ixrac axınından faydalandı, eyni zamanda dünyanın qalan hissəsində elektrikli nəqliyyat vasitələrinin satışlarının artımının hərəkətverici qüvvəsi oldu.
Çin brendlərinin elektrikli nəqliyyat vasitələri ötən il Avropa bazarında satışların 19 faizini təşkil edib.
Benchmark Mineral Intelligence şirkətinin təhlilinə görə, bu il Çində ilk dəfə elektrikli nəqliyyat vasitələri alış vergisinə cəlb olunacaq. Bundan əlavə, bu il tətbiq olunacaq yeni ticarət subsidiya proqramı, 2025-ci ildə tətbiq edilən və kiçik nəqliyyat vasitələrinə üstünlük verən sabit dərəcəli subsidiyanı əvəz edərək, nəqliyyat vasitələrinin qiymətinə mütənasib olacaq. Buna görə də, bu il Çində elektrikli nəqliyyat vasitələri üçün subsidiyaların səviyyəsi 2025-ci illə müqayisədə daha aşağı olacaq.
