Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab istefa verib | Banco.az

Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab istefa verib.

Banco.az xəbər verir ki, WEF-in (Dünya İqtisadi Forumu) qayda və tənzimləmələrinə əsasən, İdarə Heyəti yekdilliklə sədr müavini Piter Brabek - Letmathenin müvəqqəti sədr vəzifəsinə təyin olunduğunu ictimaiyyətə açıqlayıb.

Yeni sədrin seçilməsi üçün axtarış komitəsinin yaradıldığını bildirən WEF İdarə Heyəti qurucusu və uzun illərdir prezidenti olan Klaus Şvaba 55 il boyunca foruma fasiləsiz rəhbərlik etdiyi üçün dərin təşəkkürünü ifadə edib.

Klaus Şvab kimdir?

Klaus Şvab 30 mart 1938-ci ildə Almaniyanın Ravensburq şəhərində anadan olub. O, maşın mühəndisi, iqtisadçı və yazıçı kimi tanınır. 1971-ci ildə Avropa İdarəetmə Forumunu qurmuş, 1987-ci ildə isə bu qurumun adı Dünya İqtisadi Forumu olaraq dəyişdirilmişdir. Klaus Şvab forumun yaradıldığı gündən bu günə qədər İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram