Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,27% azalaraq 1 barelə görə 73,85 ABŞ dolları təşkil edib.

Birja məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,34% azalaraq 1 barelə görə 70,16 ABŞ dollarına bərabər olub.