Dünya bazarında neftin ucuzlaşması davam edir | Banco.az

Dünya bazarında neftin ucuzlaşması davam edir

Neft qiymətləri cümə günü səhər Yaxın Şərqdə gərginliyin azaldılması ilə əlaqədar əvvəlki sessiyada kəskin enişdən sonra mülayim şəkildə enməyə davam edir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 0,29 dollar (0,44%) ucuzlaşaraq 64,93 dollar təşkil edib. Cümə axşamı müqavilənin qiyməti 1,03 dollar (1,6%) azalaraq 65,22 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin noyabr fyuçersləri 0,23 dollar (0,37%) ucuzlaşaraq 61,28 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 1,04 dollar (1,7%) ucuzlaşaraq 61,51 dollar/barel olub.