Dünya bazarında neft yenidən ucuzlaşıb | Banco.az

Dünya bazarında neft yenidən ucuzlaşıb

 Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti 11 aprel 2025-ci ildən bəri ilk dəfə olaraq 63 dollar/bareldən aşağı düşüb.

Banco.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,69% ucuzlaşaraq 62,97 dollar/barelə bərabər olub.

WTI-nin 2025-ci ilin iyun çatdırılması üzrə fyuçersləri isə 2,81% azalaraq bir barel üçün 59,93 dollara düşüb.