Cümə günü səhər neft qiymətləri OPEC+ tərəfindən hasilatın artım tempinin növbəti sürətlənməsi qorxusu fonunda mənfi tendensiyada qalaraq, mülayim şəkildə enir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,45 dollar (0,7%) ucuzlaşaraq 63,99 dollar/barelə bərabər olub. Cümə axşamı bu kontraktlar 0,47 dollar (0,7%) azalaraq 64,44 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,46 dollar (0,75%) ucuzlaşaraq bir barel üçün 60,74 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,37 dollar (0,6%) azalaraq 61,20 dollar/barel olub.