Çərşənbə günü səhər neft qiymətləri bir qədər ucuzlaşır, bir gün əvvəl isə iki həftənin ən yüksək səviyyəsinə qalxıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,19 dollar (0,27%) ucuzlaşaraq 69,96 dollar/barelə bərabər olub. Çərşənbə axşamı bu kontraktlar 0,57 dollar (0,8%) artaraq 70,15 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI neftinin fyuçersləri 0,18 dollar (0,26%) ucuzlaşaraq 68,15 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,4 dollar (0,6%) artaraq bir barel üçün 68,33 dollar təşkil edib.