Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı may fyuçersləri 0,38 dollar (0,51%) ucuzlaşaraq bir barel üçün 73,65 dollar olub. Bu vaxta qədər WTI markalı neftin may fyuçersləri NYMEX birjasında 0,39 dollar (0,56%) ucuzlaşaraq 69,53 dollar/barelə bərabər olub.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiya risklərini qiymətləndirərkən yaxından izlədiyi PCE Core indeksi (ərzaq və enerji istisna olmaqla istehlak qiymətlərində dəyişiklik) fevral ayında əvvəlki ayla müqayisədə 0,4%, illik ifadədə isə 2,8% artıb.