Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 71,17 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,45 dollar (0,63%) aşağıdır. Bazar ertəsi bu kontraktlar 1,19 dollar (1,6%) azalaraq 71,62 dollar/barel olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,22 dollar (0,32%) ucuzlaşaraq bir barelə görə 68,15 dollar təşkil edib. Əvvəlki sessiyanın nəticələrinə görə, bu müqavilələrin dəyəri 1,39 dollar (2%) azalaraq bir barel üçün 68,37 dollar təşkil edib.