Dünya bazarında neft cüzi bahalaşıb | Banco.az

Dünya bazarında neft cüzi bahalaşıb

Neft qiymətləri bir gün əvvəl təxminən beş illik minimum səviyyəyə düşdükdən sonra çərşənbə günü səhər sabit şəkildə artdı.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,84 dollar (1,43%) artaraq bir barel üçün 59,76 dollara çatıb. Çərşənbə axşamı isə Brent markalı neftin qiyməti 1,64 dollar (2,71%) azalaraq bir barel üçün 58,92 dollara düşüb.

Bu vaxta qədər Nyu-York Ticarət Birjasında (NYMEX) yanvar fyuçerslərinin qiyməti də 0,84 dollar (1,52%) artaraq bir barel üçün 56,11 dollara çatmışdı. Əvvəlki sessiyada müqavilə 1,55 dollar (2,73%) azalaraq bir barel üçün 55,27 dollara düşmüşdü.