Dünya bazarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir

İran Hörmüz boğazını bağladıqdan  sonra neft qiymətləri çərşənbə axşamı səhəri artmağa davam edir.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,02 dollar (2,6%) artaraq bir barel üçün 79,76 dollara çatıb. Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 4,87 dollar (6,7%) artaraq bir barel üçün 77,74 dollara çatıb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti 1,45 dollar (2,04%) artaraq bir barel üçün 72,68 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 4,21 dollar (6,3%) artaraq bir barel üçün 71,23 dollara çatıb.