Dünya bazarında neft bahalaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,53 dollar (2,52%) artaraq bir barel üçün 102,74 dollara çatıb.
Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 2,93 dollar (2,84%) azalaraq bir barel üçün 100,21 dollara düşüb.
Bu vaxta qədər Nyu-York Ticarət Birjasında (NYMEX) aprel fyuçerslərinin qiyməti 2,02 dollar (2,16%) artaraq bir barel üçün 95,52 dollara çatmışdı.
Əvvəlki sessiyada müqavilə 5,21 dollar (5,28%) azalaraq bir barel üçün 93,50 dollara düşmüşdü.
