Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Cümə günü səhər ABŞ və Çin arasında ticarət münasibətlərində gərginliyin azaldılması ümidləri ilə dəstəklənən neft qiymətləri yüksəlir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 62,57 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,44 dollar (0,71%) çoxdur. Cümə axşamı bu kontraktların qiyməti 1,07 dollar (1,8%) artaraq 62,13 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,43 dollar (0,73%) bahalaşaraq bir barelə görə 59,67 dollar təşkil edib. Əvvəlki sessiyanın nəticələrinə görə onların qiyməti 1,03 dollar (1,8%) artaraq 59,24 dollar/barelə çatıb.