Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Şərqi Asiya və Sakit Okean regionunun iqtisadi artım proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, Dünya Bankı Şərqi Asiya və Sakit Okean regionunun iqtisadiyyatının bu il 4,5 faiz artacağını proqnozlaşdırıb.
Qurum Şərqi Asiya və Sakit Okean iqtisadiyyatı ilə bağlı hesabatını “Böyük artımın əsasları” adı altında dərc edib.
Hesabatda inkişaf etməkdə olan Şərqi Asiya və Sakit Okean iqtisadiyyatının dünyanın qalan hissəsinə nisbətən daha sürətli, lakin Kovid-19 pandemiyasından əvvəlkindən daha yavaş böyüdüyü vurğulanıb.
Hesabatda qeyd olunub ki, region iqtisadiyyatında artımının ötən ilki 5,1 faizdən bu il 4,5 faizə enəcəyi gözlənilir.
Sözügedən artım nisbətində Çin istisna edilib. Belə ki, Çində artımın 2023-cü ildəki 5,2 faizdən bu il 4,5 faizə enəcəyinin gözlənildiyi yazılıb. Bunun da yüksək borc və zəif daşınmaz əmlak sektoru kimi qısamüddətli problemlər, eləcə də yaşlanma və ticarət gərginlikləri kimi uzunmüddətli çətinliklərlə bağlı olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!