Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Çin iqtisadiyyatının bu il 4,9%, 2026-cı ildə isə 4,4% artmasının gözlənildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, bankın açıqlamasında bildirilib ki, Çin İqtisadiyyatına dair Yeniləmə Hesabatı “İslahatları İrəlilətmək, Gözləntiləri Gücləndirmək” başlığı ilə dərc edilib.
Açıqlamada vurğulanıb ki, Çin iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə güclü inkişaf tempini davam etdirib; genişləndirici fiskal və pul siyasətləri daxili tələbi və investisiyaları dəstəkləyib, inkişaf etməkdə olan ölkələrdən gələn tələbin isə ixracı artırdığı qeyd olunub.
Həmçinin bildirilib ki, zəif əmək bazarı və azalan mənzil qiymətləri səbəbindən həminə təsiri altında olan ailələr xərcləmələrində ehtiyatlı davranmağa davam edir.
Açıqlamaya görə, investisiya artımı üçüncü rübdə zəifləyib. Əmlak sektorundakı tənzimləmələr, mənfəət marjlarına təzyiqlər və yerli hökumətlərin maliyyə imkanlarının məhdudlaşması istehsal və infrastruktur yatırımlarındakı yavaşlamaya təsir göstərib.
Dünya Bankı qeyd edib ki, Çin iqtisadiyyatının 2025-ci ildə 4,9%, 2026-cı ildə isə 4,4% böyüməsi proqnozlaşdırılır. Bankın oktyabr ayında yayımlanan “Şərqi Asiya və Sakit Okean İqtisadi Yeniləmə Hesabatı”nda Çin iqtisadiyyatı üçün bu il 4,8%, gələn il isə 4,2% artım proqnozu paylaşılmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
