Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq | Banco.az

Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydaları təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər görəcək.