Müəllif: Tamara Mustafayeva, Banco.az
Yanvarda SWIFT vasitəsilə aparılan əməliyyatlarda dolların payı 50,2 faiz artıb.
Banco.az xəbər verir ki, SWIFT vasitəsilə göndərilən beynəlxalq valyuta trafikinin yarısı dollar vasitəsilə həyata keçirilib.
SWIFT-in verdiyi məlumata görə, dünya üzrə dollarla edilən ödənişlərin payı dekabr ayında 49,1% olduğu halda, yanvar ayında 50,2%-ə yüksəlib.
Bununla da, SWIFT-in 2023-cü ilin ortalarında əməliyyat məlumatlarında apardığı yeniləmədən bəri dolların payı ən yüksək səviyyəyə çatıb.
Dollar SWIFT trafikinə üstünlük təşkil etməyə davam edir. Son bir il yarım ərzində dünya üzrə ümumi pul axınında dolların orta payı 48% olub. Növbəti ən böyük valyuta olan avronun payı orta hesabla 23% təşkil edib, onu isə 7,1% ilə funt-sterlinq izləyib.
Bannockburn Global Forex-in baş bazar strateqi və valyuta bazarlarında təcrübəli mütəxəssis Mark Çendler ötən həftə Mayamidə keçirilən sektor konfransında belə deyib: "Əgər dolların alternativi olacaqsa, o, dollar qədər yaxşı ola bilməz. Daha yaxşı olmaq məcburiyyətindədir."
Bizi sosial şəbəkələrdən izləyin!!