Müəllif - Fərid İslamov - Banco.az
Böyük Britaniyanın Diageo Plc şirkətinin baş icraçı direktoru vəzifəsinə 1 yanvar 2026-cı ildən etibarən Deiv Lyuis təyin ediləcək, şirkətin mətbuat xidməti bildirib.
Hazırda Lyuis reseptsiz dərmanlar və şəxsi gigiyena məhsulları istehsal edən Haleon-un idarə heyətinə rəhbərlik edir. O, bu vəzifədən 31 dekabr 2025-ci il tarixində ayrılacaq.
Lyuis 2014-2020-ci illərdə Böyük Britaniyanın ən böyük pərakəndə satış şirkəti Tesco Plc-də CEO olub və bu müddət ərzində şirkətin biznesini önəmli dərəcədə transformasiya edib. Onun karyerası Unilever-də 30 ilə yaxın müddət davam edib və son illərdə rəhbər vəzifələrdə çalışıb.
Hazırda Lyuis həmçinin PepsiCo Inc. şirkətinin idarə heyətinin üzvüdür.
Diageo 1997-ci ildə Guinness və GrandMet şirkətlərinin birləşməsi nəticəsində yaradılıb, baş ofisi Londonda yerləşir. Şirkətin məhsulları 180 ölkədə satılır və 28 mindən çox işçi çalışır. Diageo qərgin spirtli içkilər, şərab və pivə istehsal edir və məhsullarını Smirnoff, Johnnie Walker, Guinness, Baileys, Captain Morgan və digər markalar altında təqdim edir.
