"Deutsche Bank" FED-in faiz qərarı ilə bağlı proqnoz verib | Banco.az

"Deutsche Bank" FED-in faiz qərarı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” FED-in uçot dərəcəsini bazarların hazırda proqnozlaşdırdığından daha sərt şəkildə endirəcəyini gözləyir.

Banco.az xəbər verir ki, Almaniyanın transmilli investisiya bankı “Deutsche Bank”ın iqtisadçıları bazar ertəsi FED-in növbəti iclası ilə bağlı proqnozlarını bölüşüblər.

Belə ki, “Deutsche Bank” iqtisadçıları öz proqnoz hesabatlarında 2024-cü ildə faiz endirimlərinin ümumilikdə 175 baza bəndi olacağını qeyd ediblər.

FED-in faiz dərəcəsinin hazırda 5,25-5,5 faiz səviyyəsində olması ilin sonuna qədər bu nisbətin 3,5-3,75 faizə enməsinə imkan verəcək.

Qeyd edək ki, investorlar hazırda gələn ilin dekabrına qədər uçot dərəcəsinin 4,48 faiz səviyyəsində olacağına yönəliblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram