Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 70 milyon 943 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 3,3% çoxdur. Ötən ilin yanvar-oktyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 68 milyon 665 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 679 min manat və ya 51,1% azalaraq 2 milyon 563 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram