Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 3 milyon 914 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 343 min manat və ya 9,6% çoxdur. Ötən ilin yanvar ayında bu növ üzrə sığorta yığımlarının məbləği 3 milyon 571 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 115.7 min manat və ya 2,3 dəfə artaraq 204 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!