Daha iki BOKT-a yeni direktor təyin edilib | Banco.az

Daha iki BOKT-a yeni direktor təyin edilib

“Fintrend” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

Bu, Rüfət Cəfərovdur.

O, yeni vəzifəsində Fuad Hacıyevi əvəz edib.

Bundan başqa, “Regional” MMC BOKT-a rəhbərlik edən Fərid Rəhimov vəzifəsindən azad edilib. Onun yerinə Ziya Babayev təyin olunub.

Xatırladaq ki, bu kredit təşkilatlarının hər biri 300 min manatlıq nizamnamə kapitalı ilə 2014-cü ildə fəaliyyətə başlayıb.

Mənbə: Report.az