“Daewoo” “Evrobank”ı məhkəməyə verib | Banco.az

“Daewoo” “Evrobank”ı məhkəməyə verib

Şirkət borcun və dəymiş zərərin ödənilməsini tələb edir

Koreya Respublikasının “Daewoo International Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi “Evrobank” ASC-ni məhkəməyə verib.

Banco.az "APA"ya istinadən xəbər verir ki, şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.

Hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.