Çip istehsalında yeni mərhələ: Vaşinqton xLight-a milyonlarla dollar yatırır | Banco.az

Çip istehsalında yeni mərhələ: Vaşinqton xLight-a milyonlarla dollar yatırır

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ çip istehsalı üçün həyati əhəmiyyət kəsb edən lazer texnologiyalarını inkişaf etdirən "xLight" startapına 150 milyon dollaradək sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, Tramp administrasiyası daha sürətli kompüter çiplərinin istehsalında kritik rol oynayan sərbəst elektron lazerlərinin (FEL) inkişafını strateji prioritet elan edərək şirkətə dövlət dəstəyini təsdiqləyib.

ABŞ Ticarət Nazirliyi açıqlamasında hökumətin 150 milyon dollarlıq investisiyanın dəqiq pay strukturunu açıqlamasa da, layihənin çip istehsalında Amerikanın texnoloji üstünlüyünü qorumağı hədəflədiyini bildirib.

Enerji Departamentinin CHIPS Tədqiqat və İnkişaf Ofisi isə ABŞ hökumətinin startapa təşviqlər verməsi üçün məcburi olmayan ilkin niyyət məktubu imzaladığını təsdiqləyib. Bu addım Tramp administrasiyasının CHIPS təşəbbüsü çərçivəsində ilk böyük investisiyası kimi qeydə alınıb.

Ekspertlərə görə, sərbəst elektron lazerlərinin inkişafı növbəti nəsil çiplərin istehsalı üçün dönüş nöqtəsi hesab edilir və ABŞ-ın Çinlə texnoloji rəqabətində önəmli üstünlük formalaşdıra bilər.