Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük valyuta ehtiyatı olan Çinin valyuta ehtiyatları dekabrda 3,202 trilyon dollara nisbətdə yanvarda 0,2% artaraq 3,209 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Valyuta Administrasiyası (SAFE) məlumat yayıb.
“Trading Economics”ə görə, bu, orta hesabla 3,2 trilyon dollara qədər daralma proqnozlaşdıran analitiklər üçün sürpriz olub.
Yuan keçən ay Amerika milli valyutası qarşısında təxminən 0,7% ucuzlaşıb. ABŞ dollarının məzənnəsi əsas dünya valyutaları səbətinə nisbətən demək olar ki, dəyişməyib.
Hesabatda həmçinin bildirilir ki, Çində qızıl ehtiyatları yanvarın sonunda bir ay əvvəlki 73,29 milyon unsiyadan artaraq 73,45 milyon unsiya təşkil edib. Çin Mərkəzi Bankı artıq üçüncü aydır ki, qiymətli metallar alır.
Dəyər baxımından qızıl ehtiyatları 2024-cü ilin sonundakı 191,34 milyard dollardan 206,53 milyard dollara yüksəlib.