Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində tələbatın artması səbəbindən qəhvə qiymətlərində artım ola biləcəyi bildirilib.
Banco.az xəbər verir ki, son illərdə Çində qəhvəyə tələbat artıb ki, bu da şirkətlərin Çini mühüm bazar kimi qiymətlərindirməsinə səbəb olub.
Beynəlxalq Qəhvə Təşkilatının məlumatlarına görə, Çində qəhvə istehlakı sentyabr ayında illik 15 faiz artaraq 3,08 milyon torbaya çatıb. Marka kofeşopların sayı da ötən 12 ay ərzində 58 faiz artaraq 49 min 691 ədədə çatıb. Son bir ildə ən çox mağaza açan iki Çin markası 5059 ilə “Luckin Coffee” və 6000 ilə “Cotti Coffee” olub.
Bununla da, onsuz da bir müddətdir ki, yüksək olan qəhvə qiymətlərinin daha da bahalaşma ehtimalı olduğu qeyd edilib.
Belə ki, Arabica qəhvə fyuçerslərinin kiloqramı 4,35 dollara satılıb ki, bu da təxminən səkkiz aylıq maksimuma yaxın göstəricidir.
Robusta fyuçerslərinin qiyməti isə həftə ötən 15 ilin ən yüksək səviyyəsinə çatıb.
Qəhvənin bahalaşmasına bəzi bölgələrdəki əlverişsiz hava şəraiti də təsir edib.
Bizi sosial şəbəkələrdən izləyin!!