Çində elektrikli avtomobil istehsalı və satışı artır | Banco.az

Çində elektrikli avtomobil istehsalı və satışı artır

Müəllif:Mehin Qasımova,Banco.az 

Çində elektrikli avtomobil istehsalı və satışı 2025-ci ilin ilk 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə artıb.

Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında "Yeni Enerji Vasitəsi (NEV)" adlandırılan 13,02 milyon təkrar doldurulan, akkumulyatorla işləyən, hibrid avtomobili istehsal edilib və 12,94 milyon ədəd satılıb.

Elektrikli nəqliyyat vasitələrinin istehsalı illik bazda 33,1 faiz, satışlar isə  32,7 faiz artarkən, elektrikli nəqliyyat vasitələrinin ümumi avtomobil satışlarında payı 46,7-yə yüksəldi.

Bu dövrdə elektrikli nəqliyyat vasitələrinin ixracı 90,4 faiz artaraq 2,01 milyona çatıb.

Oktyabr ayında NEV satışları 1,72 milyona çataraq, ümumi yeni avtomobil satışlarının 51,6 faizini təşkil edib.

Son bir ayda ilk dəfə olaraq ölkədə NEV satışları benzin və dizellə işləyən avtomobillərin satışını üstələyib.

Çində 2025-ci ilin ilk 10 ayında avtomobil istehsalının illik 13,2 faiz artaraq 27,96 milyona, avtomobil satışlarının isə 12,4 faiz artaraq 27,69 milyona çatacağı gözlənilir.

Bu dövrdə ölkənin avtomobil ixracı hər il 15,7 faiz artaraq 5,62 milyon ədədə çatıb.