Çin xarici qızıl ehtiyatlarına müraciət edir | Banco.az

Çin xarici qızıl ehtiyatlarına müraciət edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin qlobal külçə qızıl bazarındakı mövqeyini gücləndirmək üçün xarici ölkələrin qızıl ehtiyatlarının qoruyucusu olmağı hədəfləyir.

Banco.az xəbər verir ki, “Bloomberg”ə danışan mənbələrə görə, Çin Xalq Bankı (PBOC) dost ölkələrin mərkəzi banklarını inandıraraq külçə qızıl alıb ölkə sərhədləri daxilində saxlamağa cəlb etmək üçün Şanxay Qızıl Birjasından (SGE) istifadə edir. Mənbələr bildiriblər ki, bu addımlar son aylarda həyata keçirilib və Cənub-Şərqi Asiyadakı ən azı bir ölkənin marağına səbəb olub.

Bu addımın Pekinin qlobal maliyyə sistemindəki rolunu gücləndirəcəyi və ABŞ, Böyük Britaniya, İsveçrə kimi mərkəzi banklara, xüsusən də dollara daha az asılı olan bir dünya qurmaq hədəfini dəstəkləyəcəyi düşünülür.

Ölkələr artan geosiyasi risklərə qarşı tədbir olaraq qızıla yönəlir və bu vəziyyət, iqtisadi şoklara qarşı “bufer” rolunu oynadığı hesab edilən aktiv üçün PBOC-yə etibarlı bir liman təqdim etmək imkanı yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram