Çin şirkətləri ABŞ-ın qara siyahısına daxil edilib | Banco.az

Çin şirkətləri ABŞ-ın qara siyahısına daxil edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin şirkətləri Çin Xalq Azadlıq Ordusu ilə əlaqədə olduqları iddiası ilə ABŞ hökuməti tərəfindən qara siyahıya salınıb.

Banco.az xəbər verir ki, Çinin ən böyük neft şirkəti olan “CNOOC” və ölkənin ən iri dəniz daşımaları şirkəti “COSCO Shipping Holdings” Çin Xalq Azadlıq Ordusu ilə iddia edilən əlaqələri səbəbindən ABŞ hökuməti tərəfindən qara siyahıya salınıb.

“COSCO”nun səhmləri çərşənbə axşamı Honkonq birjasında 4,1%-ə qədər, “CNOOC”un səhmləri isə 1,5%-ə qədər ucuzlaşıb.

Xatırldaq ki, dəniz daşımaları şirkəti 2019-cu ildə İran nefti daşıdığı üçün sanksiyalara məruz qalmış və bu cəzalar 2020-ci ildə aradan qaldırılmışdı. “CNOOC” ABŞ sanksiyalarına məruz qalan ilk Çin dövlət qurumlarından biri olmuş və 2021-ci ildə Pentaqonun qara siyahısına daxil edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram