Müəllif:Ayşən İmanova/Banco.az
Çin Xalq Bankı (Mərkəzi Bank) yanvarın 15-də Honq-Konqda 60 milyard yuan (8,3 milyard dollar) dəyərində dövlət istiqrazları buraxmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Bildirilir ki, qiymətli kağızların tədavül müddəti altı ay (182 gün) təşkil edəcək.
“Bu addım Honq-Konqda yüksək kredit reytinqinə malik yuanla investisiya məhsullarının sayını genişləndirmək, eləcə də regionda yuanın gəlirlilik əyrisini yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə tənzimləyici vurğulayıb.
Çin Mərkəzi Bankı 2018-ci ilin noyabrında Honq-Konqda müntəzəm hərraclar keçirməyə başlayıb. Qeyd olunur ki, qarşıdan gələn buraxılış bu günə qədər keçirilənlər arasında ən böyüyü olacaq.