Çin bankları Yaxın Şərq risklərindən qaçınırlar | Banco.az

Çin bankları Yaxın Şərq risklərindən qaçınırlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bankları Yaxın Şərq risklərindən qaçınırlar.

Banco.az xəbər verir ki, Çinin bir çox maliyyə şirkətləri Yaxın Şərqdə davam edən toqquşmaların ölkənin region üzrə genişmiqyaslı borclanma siyasətinə dair narahatlıqları artırması fonunda bu bölgəyə yönəlmiş kredit öhdəliklərini azaldır.

Məsələ ilə tanış mənbənin bildirdiyinə görə, böyük banklardan biri Əbu-Dabi hökumətinə məxsus maliyyə qurumlarından birinə təqdim edilmiş ikitərəfli kredit xəttinin istifadəsini məhdudlaşdıraraq nadir addım atıb.

Eyni zamanda, Çin sığorta şirkətlərindən birinin aktivlərin idarə olunması bölməsinin “Saudi Aramco” tərəfindən buraxılan istiqrazlar da daxil olmaqla, dövlət istiqrazları və dövlətlə əlaqəli istiqrazlardakı mövqelərini azaltdığı bildirilir.

Digər mənbə isə qeyd edib ki, Çin maliyyə qurumlarından birində treyderlərə bazar ertəsi günündən etibarən region şirkətləri ilə əməliyyatları dayandırmaq göstərişi verilib.

Tənzimləyici qurumlar da paralel şəkildə nəzarəti sərtləşdirirlər. Məsələ ilə bağlı məlumatlı şəxslər bildiriblər ki, “Hong Kong Para Otoritesi” bu həftə ən azı iki yerli bankla əlaqə saxlayaraq onların Yaxın Şərq kreditləri və istiqrazları üzrə risk mövqelərini yenidən qiymətləndirməsini tələb edib.

Müxtəlif mənbələrdən əldə olunan məlumatlara əsasən, “Çin Milli Maliyyə Tənzimləmə İdarəsi” də yerli banklara region üzrə maliyyələşdirmə fəaliyyətlərini araşdırmaq və nəticələri bu həftə ərzində təqdim etmək barədə tapşırıq verib

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram