Müəllif:Mehin Qasımova,Banco.az
Çin Avropa İttifaqının (Aİ) 18-ci anti-Rusiya sanksiyaları paketinə milli şirkətlərin hüquqlarını qorumaq üçün qətiyyətli tədbirlərlə cavab verəcək.
Banco.az xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyinin saytında məlumat verilib.
Sənəddə vurğulanır ki, Aİ sanksiyaları ən yüksək səviyyədə əldə edilmiş “qarşılıqlı anlaşma ruhuna ziddir”. Onların həmçinin ticarət-iqtisadi əlaqələrə, eləcə də Çin və Avropa İttifaqı arasında maliyyə əməkdaşlığına ciddi mənfi təsir göstərdiyi iddia edilir.
Bundan əvvəl Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər. Məhdudlaşdırıcı tədbirlər siyahısına "Şimal axını" və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət həddinin tətbiqi daxildir.