Çin ABŞ-dan kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq edə bilər.
Banco.az xəbər veriri ki, bu barədə Global Times qəzeti məlumat verib.
Məlumata görə, bu tədbirlər ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olacaq.
“Əgər ABŞ birtərəfli tariflərin tətbiqində israr edərsə və müvafiq tədbirləri rəsmən elan edərsə, o zaman Çin mütləq qətiyyətli, güclü əks tədbirlər görəcək”, - mənbə bildirib.
Qeyd edək ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına tariflər isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay gecikdirilib.
Daha sonra Ağ Evin sahibi elan edib ki, martın 4-də Çinə qarşı daha bir tarif raundunun qüvvəyə minməsi, ilk dəfə olduğu kimi, 10% olacaq.