Müəllif:Mehin Qasımova,Banco.az
"ABŞ idxal olunan poladın rüsumlarını artırmaqla özünə zərər verəcək".
Banco.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yonqyan bildirib.
O qeyd edib ki, ABŞ polad və alüminium üçün gömrük rüsumlarını 25%-dən 50%-ə qaldıraraq Amerika sənayesinə zərbə vuracaq.
“Sənaye təhlükəsizliyini qorumaq üçün bu faydasız olacaq”,- o deyib.
He Yonqyanın sözlərinə görə, tarif artımı qlobal istehsal və təchizat zəncirlərinin sabitliyini ciddi şəkildə pozacaq. Çin ABŞ-ı iqtisadi qanunlara hörmət etməyə və milli təhlükəsizlik anlayışından sui-istifadə etməyi dayandırmağa çağırır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp polad idxalına gömrük rüsumlarının 25%-dən 50%-ə qədər artırılmasını açıqlamışdı. Həmçinin rüsumların artırılmasının Amerikanın alüminium idxalına da təsir edəcəyi bildirilib