Chevron 2026-cı ilin sonuna qədər işçilərinin 20%-ni ixtisar edəcək | Banco.az

Chevron 2026-cı ilin sonuna qədər işçilərinin 20%-ni ixtisar edəcək

Müəllif - Eldar Kərimov/Banco.az

Chevron Corp., ABŞ-ın ən iri neft şirkətlərindən biri, 2026-cı ilin sonuna qədər dünya üzrə işçilərinin 20%-dək ixtisar edilməsini planlaşdırır. Bu, xərclərin azaldılması, biznes strukturunun sadələşdirilməsi, effektivliyin və rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçiriləcək.

Şirkət aktiv portfelini optimallaşdırmaq, məhsuldarlığı artırmaq üçün texnologiyalar tətbiq etmək və iş proseslərinə yanaşmanı dəyişdirmək niyyətindədir. Bunu Chevron-un Direktorlar Şurasının sədr müavini Mark Nelson bildirib.

"Biz gözləyirik ki, bu tədbirlər 2025-ci ildən başlayaraq işçi heyətinin 15-20% azalmasına gətirib çıxaracaq. Əsas ixtisarlar 2026-cı ilin sonuna qədər tamamlanacaq," – deyə o vurğulayıb.

Əvvəlcədən bu planlar barədə nə məlum idi?
Chevron bu dəyişiklikləri ilk dəfə 2023-cü ilin noyabrında elan edib. Şirkət 2-3 milyard dollar struktur xərclərinə qənaət etmək üçün aktivlərin satışı, yeni texnologiyaların tətbiqi və iş proseslərinin transformasiyası yolu ilə islahatlara başlayacağını açıqlamışdı. Bu barədə Financial Times yazıb.

Şirkətdə mövcud işçi sayı
Chevron-da 2023-cü ilin sonuna olan məlumata görə, təxminən 46 min işçi çalışırdı.

Bazar göstəriciləri
Chevron-un səhmləri çərşənbə günü Nyu-York birjasında 0,12% bahalaşıb. Son üç ayda isə şirkətin bazar dəyəri 2,4% azalıb və 282,9 milyard dollara düşüb.